Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yaydı

Baxılıb: 340     Tarix: 01-07-2025 11:20   

ABB “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı 3-cü araşdırma hesabatını təqdim edib.
Bu araşdırma 2025-ci ilin 1-ci rübü üzrə paytaxtın əmlak bazarındakı vəziyyəti əks etdirir. Son dövrlər daşınmaz əmlakın alqı-satqısında azalmalar müşahidə olunur. Bu da əmlak bazarında müəyyən durğunluq yaradıb. Bu vəziyyət daha çox mənzil və torpaq sahələrinə aiddir. Fərdi yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısında artım özünü göstərir.
Mənzillərin qiymətlərində davamlı artım da əmlak bazarındakı əsas tendensiyalardandır. İcarə bazarında qiymətlər də davamlı artmaqdadır. ABB-nin yaydığı araşdırmada daşınmaz əmlak bazarındakı dəyişikliklərə təsir göstərən digər mühüm səbəbləri də izləmək mümkündür.
Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib.
Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma hesabatlarla buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar