Xəbər lenti
02/10/2025 [13:05]
Sabah hava necə olacaq?
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Prezident bir sıra qanunlara dəyişikliyi təsdiqlədi

Baxılıb: 786     Tarix: 25-06-2025 13:47   

Prezident İlham Əliyev Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişikliyi təsdiqləyib.
Qanunvehedef.az xəbər verir ki, Cinayət-Prosessual Məcəlləsində edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş Cinayət Məcəlləsinin 329.1, 330.1, 332.1, 332.1-1, 333.1–333.3, 350.1, 350.1-1 və 351.1-ci maddələri ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılır.
İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş bu Məcəllənin 610–618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatı başlayan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi bu barədə dərhal ərazi üzrə müvafiq hərbi prokurora yazılı məlumat verir.
Dövlət başçısı sözügedən sənədlə bağlı Fərman da imzalayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
mostbet az . buy yes2win seo ranking
Redaktor seçimi
Çox oxunanlar