Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ərdoğan Trampla görüşdü - Foto

Baxılıb: 574     Tarix: 25-06-2025 09:53   

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp NATO-nun Haaqada keçirilən sammiti çərçivəsində görüşüblər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər görüşdə ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Türkiyə lideri bildirib ki, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdirilməsi iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollar hədəfinə çatdırmağı asanlaşdıracaq.
O, Trampın səyləri ilə İsrail və İran arasında əldə olunmuş atəşkəs rejimini məmnuniyyətlə qarşılayıb və bunun daimi olacağına ümidvar olduğunu bildirib.
Ərdoğan Qəzzada baş verən humanitar faciənin tezliklə başa çatmasında və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllində sıx dialoqun vacibliyini vurğulayıb.



Qanunvehedef.az



{sape_links}{sape_article}