Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Baxılıb: 687     Tarix: 24-06-2025 14:45   

 23 iyun 2025-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə RİH başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayonun digər idarə və müəssisələrində çalışan dövlət qulluqçuları iştirak etmişdirlər.
   İlk öncə tədbir iştirakçıları müasir Azərbaycanın memarı, Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzmüşlər. RİH-in inzibati binasında davam edən tədbiri cənab Elşən Salahov açaraq dövlət qulluqçularını təbrik edib, respublikamızda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlardan, qazanılan uğurlardan danışıb. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı proseslərində Ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladan E.Salahov bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O bildirib ki, Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Bu islahatlarda məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş "Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunu"nun dövlət qulluqçularının səmərəli fəaliyyəti üçün geniş imkanlar açdığını vurğulayan E.Salahov Xəzər rayonunda çalışan dövlət qulluqçularının da sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində dövlət siyasətinin uğurla həyata keçirilməsində səylə çalışdıqlarını diqqətə çatdırıb.
   Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının I müavini Elşən Qurbanov çıxış edərək Xəzər Rayon İcra Hakimiyyətinin kollektivini peşə bayramı münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Həmçinin, cənab Prezidentin müvafiq Sərəncamı ilə təsis olunmuş dövlət qulluqçularının peşə bayramı günü ölkə rəhbərinin dövlət qulluqçularına qayğı və diqqətinin, onların şərəfli və çətin əməyinə verdiyi qiymətin yüksək təzahürü olduğunu vurğulayıblar.
   Sonda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup dövlət qulluqçusu Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərman və Təşəkkürnamələri ilə təltif olunublar.

Qəni Hüseynov

 
  шаблоны для dle 11.2