Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Melaniya Tramp ABŞ vizasını qeyri-qanuni yolla alıb”

Baxılıb: 475     Tarix: 27-06-2025 12:05   

“Donald Trampın xanımı Melaniya Tramp ABŞ vizasını qeyri-qanuni yolla alıb”.
Qanunvehedef.az xəbər verir ki, bunu Konqressdəki müzakirələrdə konqressmen Jasmin Kroket bildirib.
ABŞ-nin birinci xanımının immiqrasiya keçmişinə diqqət çəkən J.Kroket onun vizanı almaq üçün lazım olan şərtlərə uyğun gəlmədiyini deyib:
“EB-1 vizası davamlı nailiyyətləri və fövqəladə bacarıqları olan şəxslərə, Nobel və ya Pulitzer mükafatı laureatlarına, görkəmli alimlərə, elm, incəsənət və ya idmanda uğurları olan şəxslərə verilir. Melaniya Tramp isə bu mükafatlardan heç birini almayıb. O, modeldir, amma Tayra Banks, Sindi Krauford səviyyəsində deyil”.
Kroket Respublikaçıları ikili standartların tətbiqində ittiham edib. Bildirib ki, onlar immiqrantlar üçün sərt tələblər irəli sürürlər, ancaq Trampa yaxın şəxslərin qeyri-qanuni şəkildə viza almasına səslərini çıxarmırlar.
Qeyd edək ki, “EB-1” vizası “Eynşteyn vizası” kimi də tanınır.
Xatırladaq ki, Melaniya Tramp (qız soyadı – Knavs) ilk dəfə ABŞ-yə 90-cı illərin ortalarında modellər üçün iş vizası ilə gedib. 1998-ci ildə Donald Trampla tanış olub və 3 il sonra EB-1 vizası ilə ABŞ-yə köçüb. 5 il sonra o, ABŞ vətəndaşı olub.

Qanunvehedef.az



{sape_links}{sape_article}