Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İki Koreya liderinin tarixi görüşünün vaxtı məlum oldu

Baxılıb: 623     Tarix: 26-04-2018 17:20   
İki Koreya liderinin tarixi görüşünün vaxtı məlum oldu


Şimali Koreya lideri Kim Çen İn Koreya yarımadasını iki yerə bölən tərəfsiz bölgəyə ayaq basan ilk lider olmağa hazırlaşır.

“Ölkə.Az” xəbər verir ki, tarixi görüş həftənin cümə günü baş tutacaq.

Kim Çen İn sərhəd xəttini keçərək Cənubi Koreya prezidenti ilə görüşəcək. Tarixi görüşdə əsas müzakirə mövzusu Şimali Koreyanın nüvə silahlarından təmizlənməsi olacaq. Eyni zamanda iki ölkə arasında daimi bir sülh müqaviləsinin imzalanması da gündəmə gələcək.

Cənubi Koreya prezidentinin xüsusi nümayəndəsi bildirib ki, bu zirvə görüşü əsasən nüvə silahlarına aid olacaq və daimi sülh əldə etmək nəzərdə tutulub.

1950-1953-cü illərdə baş verən Koreya Müharibəsindən sonra atəşkəs imzalansa da, daimi bir sülh müqaviləsi imzalanmamışdı.

Bu tarixi görüşdən sonra Kim Çen İn Donald Trampla da görüşəcək.

Görüş necə keçiriləcək?

Cənubi Koreya prezidenti Kim Çen İni sərhəddə qarşılayacaq. Cənubi Koreyanın fəxri qaravulu iki liderə Panmunjom kəndindəki Sülh Evinə qədər müşayət edəcək.

İki lider arasında görüşdən sonra nahar yeməyi veriləcək. Şimali Koreya nümayəndə heyəti sərhədi keçəcək. Günorta saatlarında iki lider sülh simvolu olaraq iki ölkədən gətiriləcək olan su və torpaqla şam ağacı əkəcək. Sonra yenidən görüşlər başlayacaq.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar