Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Rusiya generalının qızı İrəvanda güllə yarasından ölmüş vəziyyətdə tapılıb

Baxılıb: 365     Tarix: 12-04-2021 09:55   

Ermənistanın İstintaq Komitəsi meyiti tapılan bir qadının ölümü ilə bağlı “intihara sövq etmə” maddəsi üzrə cinayət işi qaldırıb. Yerli KİV həmin qadının rusiyalı sərhəd xidməti generalının qızı olduğunu yazır.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bundan əvvəl kriminal xəbərlər üzrə ixtisaslaşmış “Shamshyan.som” saytı İrəvanda “FTX general-leytenantının qızı”nın ölümü barədə məlumat yaymışdı. “Telegram” kanalları ölən qadının atasının milliyyətcə erməni olduğunu, ancaq Rusiya sərhəd qoşunlarında xidmət etdiyini və bu yaxınlarda ehtiyata buraxıldığını yazmışdı.
Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən “RİA Novosti”yə verilən məlumata görə, intihar barədə məlumat bazar günü yerli vaxtla saat 17:05-də polisə daxil olub. 1981-ci il təvəllüdlü qadının cəsədi David Anaxt küçəsindəki mənzildə divanda tapılıb. Onun cəsədinin yanında atasına məxsus “Makarov” tipli tapança olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar