Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yakovina: Putin Ərdoğandan küsdü, acığını belə çıxır - Video

Baxılıb: 637     Tarix: 13-04-2021 12:55   

Rusiyalılar çimərlik əvəzinə Navalnının mitinqinə getməli olacaqlar.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri ukraynalı jurnalist İvan Yakovina Rusiyanın Türkiyə ilə müntəzəm uçuşları dayandırmasının pərdəarxası məqamlarını sadalayarkən yazıb.
Onun sözlərinə görə, Türkiyə Ukraynaya açıq kontekstdə dəstəyini ifadə etdikdən sonra Rusiya Prezidenti Vladimir Putin öz xalqı hesabına bunu kompensasiya etməyə qərar verdi:
“Rusiya Türkiyə ilə uçuşları dayandırdı. Nəticədə isti dənizdə və parlaq günəşdə may bayramlarını keçirməyə hazırlaşan milyonlarla sadə rusiyalı evdə oturmağa məcbur qalacaq”.
Jurnalistin sözlərinə görə, Kreml qərarının “girov”ları həm də İstanbul üzərindən daha ekzotik ölkələrə getmək istəyənlər oldu:
“Putin öz qərarı ilə onların istəklərini məhv etdi. Ərdoğanın Krımı işğal edilmiş ərazi adlandırması və ABŞ esminesini Qara dənizə buraxması Putini bərk küsdürdü. İndi isə bədbəxt ruslar çimərlikdə çimmək əvəzinə Navalnın mitinqinə gedəcəklər. Əla!”
Qeyd edək ki, ötən gün Rusiya aprelin 15-dən iyunun 1-nə qədər Türkiyə ilə bütün aviaəlaqələri dayandırıb, turizm şirkətlərinə isə Türkiyəyə turları ləğv etmək göstərişi verib. Rusiya bunu Türkiyədə pandemiya təhlükəsi ilə əsaslandırmağa çalışsa da, qərar birmənalı qarşılanmayıb.

шаблоны для dle 11.2