Hərbi xərclər: “İlk dördlük” bir yerdə ABŞ-a çatmır...
Baxılıb: 311 Tarix: 26-04-2021 11:20

Qanunvehedef.az xəbər verir ki, bu məlumatı Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutları (SİPRİ) yayıb. Təşkilat bu göstəricinin 2019-cu ildəkindən 2,6% çox olduğunu bildirib. Bunun qarşılığında dünyanın ümumdaxili məhsulunun 4,4% azaldığı vurğulanıb. Dünyanın hərbi xərcləri qlobal ÜDM-nin 2,4%-ni təşkil edib.
2020-ci ildə hərbi xərclər baxımından dünyanın ilk beşliyi dəyişməz olaraq qalıb. Bu siyahıya ABŞ, Çin, Hindistan, Rusiya və Britaniya daxil olub. Bu beş ölkənin payına dünyanın ümumi hərbi xərclərinin 62%-i, təkcə ABŞ-ın payına isə 39%-i düşüb. Maraqlı məqam odur ki, ilk beşlikdə yer alan dörd ölkənin hərbi xərclərinin ümumi cəmi belə ABŞ-ın hərbi xərclərini (778 milyard dollar) keçməyib.
2020-ci il ərzində NATO ölkələri də hərbi xərclərini əhəmiyyətli miqdarda artırıblar. Keçən il 12 NATO üzvü hərbi xərclərini ÜDM-sinin 2%-nə çatdırıb.
Çinin hərbi xərcləri keçən il 252 milyard dollar (1,9% artım) təşkil edib. Ümumilikdə ölkənin müdafiə üçün yönəltdiyi xərclər son 26 ildə fasiləsiz olaraq artır.
Ən çox oxunanlar
Son xəbərlər