Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ermənistan Baş Qərargah rəisinin müavini 60 nəfərin itkisinə görə ittiham olunur

Baxılıb: 467     Tarix: 27-04-2021 09:56   

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Baş Qərargahın döyüş hazırlığı idarəsinin rəisi general-leytenant Andranik Makaryan İkinci Qarabağ müharibəsində 60 nəfərin itkisində ittiham olunur.
“Report” xəbər verir ki, bunu ölkənin “Joxovurd” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, Ermənistanın İstintaq Komitəsinin Hərbi istintaq idarəsində məsələ ilə bağlı araşdırma aparılır. A.Makaryan dindirilmək üçün komitəyə çağırılıb. O bildirib ki, 60 nəfərin itirilməsi ilə nəticələnən əməliyyatla bağlı tapşırğı öz istəyi ilə verməyib. Əmrin daha yüksək orqandan verildiyi məlum olub.
Məsələ ilə bağlı Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin tör-töküntülərinin keçmiş “müdafiə nazir”i Cəlal Arutyunyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan da Hərbi istintaq komitəsinə çağırılıblar. Onlar digər məsələlərlə bağlı da dindirilir.

Qanunvehedef.azшаблоны для dle 11.2