Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Kerri İsraili İrana satıb – Senatorlardan tələb

Baxılıb: 396     Tarix: 30-04-2021 12:10   

ABŞ-ın Respublikaçılar Partiyasından olan senatorlar Cozef Baydenə çağırış edərək, keçmiş dövlət katibi və hazırda prezidentin iqlim məsələləri üzrə müşaviri olan Con Kerri ilə bağlı təhqiqat başlatmasını istəyiblər.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı “Foks Nyus” yayıb.
Məlumata görə, onlar Kerrinin İrana İsrailin məxfi əməliyyatları barədə informasiya sızdırdığını bildiriblər.
Ümumilikdə çağırışa 19 senatorun qoşulduğu bildirib. Senatorlar Baydendən həmçinin Kerrinin Təhlükəsizlik Şurasından uzaqlaşdırılmasını da tələb ediblər.
Qeyd edək ki, bundan öncə İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısı yayılıb. Səs yazısında İran XİN rəhbəri Kerrinin ona İsrailin Suriyada İran obyektlərinə əməliyyat keçirməsi barədə məlumat verdiyini bildirib. Kerri özü yayılan məlumatı təkzib edib.
ABŞ Dövlət katibi Entoni Blinken isə yayılan məlumatları cəfəngiyyat adlandırıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar