Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Rusiya və Çinin Yaxın Şərqdə güclənməsi risklidir" - Amerikalı general

Baxılıb: 523     Tarix: 24-05-2021 10:04   

"Vaşinqton ABŞ-ın hərbi mövcudluğunun zəifləməsi səbəbindən rəsmi Moskva və Pekinin Yaxın Şərqdə güclənməsinə imkan verməklə risk edir".
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Silahlı Qüvvələri komandanlığının komandanı general Kennet F.Makenzi bildirib.
Məlumata görə, ameriaklı general Birləşmiş Ştatların aparıcı güclərlə rəqabətə cəhdinə diqqət yetirib: “Yaxın Şərq bütövlükdə böyük güclərin qarşıdurmasının gərgin olduğu yerdir. Fikrimcə, biz regionda mövqelərimizi korrektə etməliyik. Rusiya və Çin yaranmış boşluğu doldurmağa çalışaçaq”.
General Rusya və Çinin körfəzə təsir imkanlarını genişləndirəcəklərini vurğulayıb:
“Rusiya və Çin ABŞ-ın Yaxın Şərqdə mövqeyini dəyişdiyini nəzərər alaraq dünyanın başqa bir hissəsindən ora yeni baxış edir. Onlar bu imkanlar daxilində özlərini də görə bilərlər”.
Makenzi ehtimal edib ki, Rusiya və Çİn regionda silah satışı ilə də məşğul ola bilərlər.
Qeyd edək ki, NATO, o cümlədən ABŞ mayın 1-dən qoşunlarını Əfqanıstandan çıxarır. ABŞ bildirib ki, bu proses 2021-ci il sentyabrın 11-də başa çatacaq. ABŞ-ın həmin qoşunu körfəzdə yerləşdirəcəyi ehtimal edilir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar