Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Əhmədinejad seçkiyə buraxılmadı

Baxılıb: 554     Tarix: 25-05-2021 11:33   
Konstitusiya Himayəçiləri Şurası (KHŞ) İran İslam Respublikasının keçmiş prezidenti Mahmud Əhmədinejad, İran parlamentinin keçmiş sədri Əli Laricani, İranın Birinci vitse-prezidenti İshaq Cahangiri və iranlı siyasətçi Mustafa Taczadənin prezidentliyə namizədliyinə veto qoyub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, mühafizəkar namizədlərdən məhkəmə başçısı İbrahim Rəis, İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsin Rzayi və Səid Cəlilinin namizədliyi isə təsdiq edilib.
Namizədliyi təsdiqlənənlər arasında Mərkəzi Bank rəhbəri Abdunnasir Himmətinin də olduğu bildirilir.
Digər tərəfdən İranın sabiq müdafiə naziri Hüseyn Dehqan və bu ölkənin keçmiş neft naziri Rüstəm Qasımi İbrahim Rəisin lehinə namizədliyini geri götürüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar