Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Lukaşenkonu Türkiyə xilas etdi - Şok iddia

Baxılıb: 609     Tarix: 31-05-2021 13:21   

Türkiyə NATO-nun Belarusa qarşı həmləsinin qarşısını aldı.
Qanunvehedef.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.
Nəşr NATO-nun Belarusda baş verən son gəlişmələrə zəif müdaxilə etdiyini bildirib:
“NATO-nun zəif təpki verməsi göstərir ki, Lukaşenkonun kifayət qədər güclü dostları var. Türkiyə NATO-nun Minskə qarşı ehtimal olunan praktiki addımlarına veto qoyub”.
Qeyd edək ki, bir neçə gün əvvəl Yunanıstandan Litvaya uçan “Ryaneyr” hava yollarına məxsus sərnişin təyyarəsi “bomba” xəbərdarlığı ilə təcili Belarus endirilib. Minskə endirilən təyyarədəki sərnişinlər arasında olan “Nexta” Teleqram kanalının qurucusu və belaruslu bloger polis tərəfindən saxlanılıb.
Bundan sonra ABŞ və Avropa İttifaqı Belarus hökumətinə qarşı sanksiya qərarı verəcəyini açıqlayıb. Bir çox Avropa ölkəsi bu olay səbəbindən Belarus hava məkanında istifadəni dayandırıb.шаблоны для dle 11.2