Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Gürcüstanın baş naziri bu gün Ərdoğanla görüşəcək

Baxılıb: 579     Tarix: 01-06-2021 09:45   

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün Türkiyəyə dövlət səfəri edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısı səfər zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçiriləcək. İ.Qaribaşvili və R.T.Ərdoğan mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Gürcüstanın baş naziri səfər çərçivəsində Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbri ziyarət edəcək.
Gürcüstan nümayəndə heyətinə hökumət başçısının müavini, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili, Acarıstan hökumətinin başçısı Tornike Rijvadze və digər rəsmi şəxslər daxildir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar