Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Paşinyanın çəkici başına bəla olub – Müxalifətlə Baş nazirin məhkəməsi gərgin keçib

Baxılıb: 419     Tarix: 14-07-2021 10:45   

Ermənistanın Konstitusiya Məhkəməsində “Ermənistan Milli Məclisinə 20 iyun 2021-ci il növbədənkənar seçkisinin yekunlaşdırılmasına” dair işə baxılması bu gün - iyulun 14-də davam etdiriləcək.
Ermənistan mediası yazır ki, bu barədə məlumatı məhkəmənin mətbuat katibi Yeva Tovmasyan verib. O deyib ki, yekun çıxışları üçün tərəflərə 30 dəqiqə vaxt verilib.
Məhkəmənin bundan bir gün əvvəl keçirilmiş dinləməsində baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın opponentlərinə qarşı zorakılığa çağırışlar etməsinə dair müxalifətin iddiaları araşdırılırdı.
Qanunvehedef.az erməni mediasına istinadən xəbər verir ki, cavabdeh qismində Baş Prokurorluğun nümayəndəsi Karen Bişaryan çıxış edib.
Seçki nəticələrinin ləğv olunmasını tələb edən üç siyasi qüvvə Baş naziri ittiham edərkən onun mitinqlərdə çəkic nümayiş etdirməsini əsas gətirirdi. Bişaryan bildirib ki, seçkidən əvvəl keçirilən mitinqlərdə hakim Vətəndaş Müqaviləsi Partiyası çəkicin simvolikasına aydınlıq gətirib: “Çəkiçin nümayiş etdirilməsi qanunun diktaturasının qurulması üçün istifadə olunan bir rəmz idi. Mən hesab edirəm ki, bu çıxışın kontekstinin zorakılığa aidiyyəti yoxdur. Bu, bəlkə də məcburetmənin təzahürü idi. İcazə verin, bundan əvvəlki fikrimə qayıdım ki, heç də hər bir məcburetmə zorakılıq sayıla bilməz”.
Beləliklə, prokurorluq Paşinyanın başqa siyasi partiyaların liderlərini hədələməsi və onların tərəfdarlarını qorxutması barədə müxalifətin iddialarını rədd edib.
Bişaryan izah edib ki, Paşinyanın belə bəyanatları azad seçkinin müdafiəsi üçün səsləndirilirdi. Daha sonra prokurorluğun nümayəndəsi Paşinyanın Qafandakı çıxışından nümunə gətirib: “Namizəd demişdi: “Alınmış informasiyaya görə Zəngəzur Mis-Molibden Kombinatının əməkdaşlarına xəbərdarlıq edilib ki, onlar Baş nazirlə görüşə getsələr, işdən qovulacaqlar”. Namizədsə bildirib ki, belə xəbərdarlığı edənlərin özləri həmin zavodda işləməyəcəklər...”
Daha sonra prokurorluğun nümayəndələri məhkəməyə 1000 səhifədən ibarət sənəd təqdim ediblər.
Bundan əvvəl Konstitusiya Məhkəməsinin hakimlərindən biri - Qrayr Tovmasyan prokurorluğun ümumiyyətlə həmcavabdeh qismində çıxış etməsinə etirazını bildirib. Bu məsələdə hakim Qrayr Tovmasyanla müxalif “Şərəfim var” blokunun nümayəndəsi David Arutyunyanın mövqeləri üst-üstə düşüb.
Keçmiş Prezident Robert Koçaryanın “Hayastan” blokunun nümayəndəsi Aram Vardevanyan prokurorluğun nümayəndəsinə sual ünvanlayıb: “Mən indi başa düşmək istəyirəm. Çünki cənab Bişaryan çəkicin nə məna daşıdığını təfsilatlı izah etdi... Bəs onda “mən onları tutacağam” nə deməkdir? Cənab Bişaryan dedi ki, çəkic diktatura deməkdir. Onda bəs bu nə deməkdir?”
Daha sonra Vardevanyan mitinq zamanı Paşinyanın Zəngəzur Mis-Molibden Kombinatının rəhbərliyinə müraciətini yada salıb: “Siz – Zəngəzur Mis-Molibden Kombinatı, qırmızı xətti keçmisiniz... Göy çəkic birinci sizin başınıza dəyəcək. Siz nə deyirsiniz deyin, sizin məsələniz həll olunub. Sakitcə öz hökmünüzü gözləyin”.
Vardevanyan bu bəyanatın nə demək olduğunu soruşub. Prokurorluq nümayəndələri bu bəyanatda da zorakılığa çağırış olmadığını bildiriblər.
Xatırladaq ki, Konstitusiya Məhkəməsinə seçki nəticələrinin etibarsız sayılması vəsatəti ilə Robert Koçaryanın “Hayastan” və Artur Vanetsyanın “Şərəfim var” blokları müraciət ediblər. Bu müraciətə parlamentə keçmək üçün kifayət qədər səs toplamayan “Ayots Ayrenik” və “Zartonk” partiyaları da qoşulublar. Məhkəmənin son qərarı bu cümə gününədək elan edəcəyi gözlənilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar