Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Avropanı “siyasi şizofreniya”da ittiham etdi

Baxılıb: 932     Tarix: 23-10-2026 10:23   

Rusiya Prezidenti Vladimir Putin Avropada Rusiyadan gələn təhlükə və Moskva ilə mümkün müharibə barədə səsləndirilən fikirləri “siyasi şizofreniya” adlandırıb. O, Rusiyanın Avropa ilə müharibəyə hazırlaşmadığını, Ukrayna münaqişəsinin həlli üçün isə danışıqlara açıq olduğunu bildirib.

Qanunvehedef.az xəbər verir ki, Putin bu barədə “Vesti” telekanalının jurnalisti Pavel Zarubinlə söhbətində danışıb.

Rusiya lideri Avropa ölkələrinin Moskvanı təhlükə kimi təqdim etməsini tənqid edərək bildirib ki, Rusiya ilə müharibəyə hazırlıq barədə danışmaq məntiqsizdir. Onun sözlərinə görə, bu yanaşmanın zamanla dəyişəcəyinə ümid edir.

Putin Rusiyanı döyüş meydanında məğlub etməyin və ölkəyə strateji məğlubiyyət yaşatmağın mümkün olmadığını da iddia edib. Onun fikrincə, Rusiyanın zəiflədilməsini hədəfləmək əvəzinə, onunla dinc yanaşı yaşamaq digər ölkələrin maraqlarına uyğundur.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar