Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Kreml İrəvanda qiyam etdi, ABŞ qarşısını aldı – Sensasion şərh

Baxılıb: 365     Tarix: 03-10-2018 14:42   

Ermənistanda növbədənkənar parlament seçkilərinə qarşı Sərkisyanın nəzarətində olan parlamentin “Reqlament haqqında“ qanunu qəbul etməsi və parlamentin buraxılması prosudurunu çətinləşdirməsi Serj Sərkisyanın Paşinyana qarşı əlində olan ən təsirli rıçaq idi.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Ermənistanda dünən baş verən prosesləri şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Qarabağ klanı Ermənistan siyasi səhnəsində bu seçkilərdən sonra zəifləyəcək:
“Qarabağ klanı Moskvanın təlimatı ilə hərəkət edir. Hətta Paşinyanla eyni koalisiyada yer alan Daşnaksütyun və Çarukyan Bloku da Kremlin göstərişindən sonra Respublikaçılar Partiyasına dəstək verdi”.
Politoloq bu məsələyə Rusiyanın reaksiyasının maraqlı olacağını vurğulayıb:
“Hazırda Ermənistanda siyasi xaosdur, Rusiyanın buna reaksiyasının hansı tərzdə olacağı maraqlıdır. Çünki Rusiyanın 20 ildən artıqdır ki, dəstəklədiyi və maraqlarını həyata keçirdiyi Robert Köçəryan və Serj Sərkisyan tandemi - Qarabağ klanı öz qürubunu yaşayır. Ermənistanda baş verənlər Paşinyanın qələbəsi ilə sonlanacaq. Rusiyanın təsir imkanları getdikcə zəifləyəcək. Rusiya çalışacaq ki, Paşinyanı zəiflətmək üçün əlavə rıçaqlara əl atsın. Bunun növbəti mərhələlərdə şahidi olacağıq. Rusiya Ermənistanın yeni hakimiyyətinin əməllərini bağışlamayacaq”.
Politoloq qeyd edib ki, Ermənistanda baş verən bu hadisələrin arxasında ABŞ səfirinin durduğunu düşünür:
“Məhz növbədənkənar parlament seçkilərinin tezləşdirilməsi Qarabağ klanına zaman tanımamaqdır. Gələn il may ayına qədər hazırkı parlament işini davam etdirərdisə, Qarabağ klanı toparlanıb, hakimiyyəti üçüncü qüvvələrin əli ilə dəyişə bilərdi”.
Məsələyə münasibət bildirən ermənişünas alim Qafar Çaxmaqlı isə bildirib ki, Ermənistanda əslində elə bir hadisə baş vermir:
“Ölkədə gərginlik yaratmaq üçün xarici qüvvələrin rolu yoxdur. Sadəcə olaraq, Paşinyan çoxdandır ki, öz hakimiyyətini möhkəmləndirmək tədbirləri görürdü. Onlardan biri də dekabr ayında parlament seçkiləri keçirmək və parlament çoxluğunu əldə etməkdir. Bu seçkilərin gələn ilin mayında keçirilməsinə , ona qədər isə revanş götürməyə ümid edən qüvvələr vardı. Paşinyan dünən qarşı tərəfə əslində müharibə elan etdi və inanır ki, istefa versə belə, seçkilərdə yenidən hakimiyyəti alacaq. Ona görə də istefa vermək qərarına gəlib. Amma o, baş nazirin vəzifəsini icra edəcək”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər