Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Hakimlər deputatların zənglərini açmır - Babaoğlu

Baxılıb: 874     Tarix: 30-10-2026 13:58   

Milli Məclisin deputatı Hikmət Babaoğlu məhkəmə hakimlərinin deputat zənglərinə cavab verməməsindən narazılığını ifadə edib.

Qanunvehedef.az APA-ya istinadla xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, qanun layihəsi nə qədər mükəmməl olsa da, onun icrası da eyni dərəcədə keyfiyyətli olmalıdır.

Deputat bəzi hakimlərin deputat zənglərinə cavab verməkdən yayındığını, bunun isə vətəndaş şikayətlərinin araşdırılması ilə bağlı suallar yaratdığını vurğulayıb:

"Hakimlərlə əlaqə qurmaq bir qədər çətindir. Bəzi hakimlərimizdə belə qənaət var ki, əgər millət vəkili zəng edirsə, onların işinə müdaxilə eləyir. Konstitusiyamıza görə, məhkəmə hakimiyyəti müstəqildir. Ancaq o hakimlər düşünməlidir ki, biz onların işinə müdaxilə etmirik, yanımızda şikayətçi var, ona görə zəng edirik ki, məsələni aydınlaşdıraq.

Beləliklə bəziləri hüquqdan sui-istifadə edərək özlərinə qoruyucu çətir düzəldirlər ki, o şikayət obyektiv araşdırılmasın. Mən düşünürəm bu məsələ nəzərə alınmalıdır”.

Hikmət Babaoğlu, həmçinin ayrı-ayrı rayonlarda baş vermiş hadisələrlə bağlı işlərin başqa rayonların məhkəmələrində baxılmasına dair halların aydınlaşdırılmasının vacibliyini qeyd edib.

Deputat Vəkillər Kollegiyasına daxil olan şikayətlərin sayının artmasına baxmayaraq, intizam tədbirlərinin azaldığına diqqət çəkib.

Hikmət Babaoğlu vəkillərin regionlar üzrə qeyri-bərabər bölgüsünü də problem kimi göstərib. O bildirib ki, ölkədəki vəkillərin 81 faizi Bakı şəhərində fəaliyyət göstərir, regionlarda vəkillərin sayının artırılmasına ehtiyac var.

Deputat qanun layihəsini müsbət qiymətləndirsə də, hüquqi yardımın keyfiyyətinin təmin olunması üçün məhkəmə sistemindəki problemlərin və vəkillərin regionlar üzrə bölgüsünün diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar