Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ruslar bu şəhərdən qovuldular

Baxılıb: 7415     Tarix: 27-04-2026 12:37   

Mali qoşunları və Rusiya Müdafiə Nazirliyinin Afrika Korpusu (keçmiş “Vaqner” özəl hərbi şirkəti – red.) Kidal şəhərini tərk edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə korpusun yaydığı bəyanatda qeyd olunub.

“Kidal Mali Respublikası rəhbərliyinin birgə qərarına uyğun olaraq tərk edilib. Əvvəlcə yaralı əsgərlər və ağır texnika təxliyə edilib.

Şəxsi heyət onlara verilən döyüş tapşırığını yerinə yetirməyə davam edir. Mali Respublikasındakı vəziyyət çətin olaraq qalır", - məlumatda qeyd olunub.

“Le Mond” nəşri isə yazıb ki, Mali qoşunları və Afrika Korpusunun döyüşçüləri Sevare və Qao şəhərlərində hələ də qalırlar.

Qeyd edək ki, Kidal şəhəri tuareqlərin rəmzi paytaxtı hesab olunur. Şəhər 2023-cü ildə Rusiya MN-in Afrika Korpusunun döyüşçüləri tərəfindən ələ keçirilmişdi.

Dünən başlayan gərgin döyüşlər nəticəsində Rusiyaya məxsus hərbi helikopter vurulmuşdu. Afrika Korpusunun şəhərdən çıxmaq üçün tuareqlərlə danışıqlar apardığı bildirilmişdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar