Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“BƏƏ-nin bu təşəbbüsünü alqışlayırıq” - Rəsmi Bakı

Baxılıb: 913     Tarix: 27-10-2026 12:12   

“Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayırıq”.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BƏƏ-nin sözügedən məsələ ilə bağlı təşəbbüsünə münasibət bildirərkən deyib.

“Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini vurğulayır.

Ümid edirik ki, bu proses daha güclü, səmərəli və müasir çağırışlara çevik reaksiya verən Birləşmiş Millətlər Təşkilatının formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq”, - deyə A.Hacızadə bildirib.

Qeyd edək ki, BMT-nin növbəti Baş katibinin seçilməsi ilə bağlı konsensusun formalaşdırılması məqsədilə məsləhətləşmələr davam edir. Bu yaxınlarda BƏƏ dövlət naziri Lana Zəki Nusseibehin namizədliyini irəli sürüb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar