Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Daha bir güləşçimiz dünya çempionu ola bilər

Baxılıb: 932     Tarix: 27-10-2026 11:57   

Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.

Qanunvehedef.az xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın iki qadın güləşçisi mübarizəyə qoşulacaq.

Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) xalça üzərinə çıxacaq.

Həmçinin, üç yunan-Roma təmsilçimiz medallar uğrunda mübarizə aparacaq.

Nihat Məmmədli (63 kq) finalda Karen Aslanyanla (Ermənistan) qarşılaşacaq, Həsrət Cəfərov (67 kq) bürünc medal üçün güləşəcək. Onun rəqibi hələlik müəyyənləşməyib.

Bundan başqa, ilk təsəlliverici görüşünü uğurla keçən İslam Abbasov (87 kq) gürcüstanlı Laşa Qobadzeni də məğlub etsə, özbəkistanlı Məhəmmədqodir Rasulovla bürünc medal duelinə çıxacaq.

Xatırladaq ki, DÇ noyabrın 1-də yekunlaşacaq.

Azərbaycan komandasının aktivində hələlik 2 medal var - yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar