Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Prezident - Hər zaman ayıq-sayıq olmalıyıq

Baxılıb: 983     Tarix: 27-10-2026 10:59   

“Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları – azərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir”.

Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı söyləyib.

Bu birliyin özünü müstəqil tariximizin ən çətin mərhələlərində büruzə verdiyini vurğulayan dövlət başçısı deyib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı zamanı, o cümlədən İkinci Qarabağ müharibəsində bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər. Bu da bizim qələbəmizin rəmzidir.

***

İlham Əliyev qeyd edib: “Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir”.

Azərbaycanda hər hansı daxili risklərimizin olmadığını dəfələrlə söylədiyini xatırladan dövlət başçısı bildirib: “Bütün potensial risklər bizim hüdudlarımızdan kənardan gəlir. İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir. Ona görə biz hər zaman ayıq-sayıq olmalıyıq və milli mənsubiyyətimizin, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin müdafiə olunmasına və həyat tərzimizin qorunmasına çox bağlı olmalıyıq”.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar