Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İran və ABŞ əvvəlki status-kvoya qayıdır

Baxılıb: 7313     Tarix: 28-04-2026 10:33   

İran və ABŞ arasında potensial sülh razılaşmasının ilk mərhələsi tərəflərin münaqişə başlamazdan əvvəlki status-kvoya qayıtması ola bilər.

Qanunvehedef.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadla məlumat yayıb.

“Tərəflər arasında danışıqların ikinci mərhələsi hələ baş tutmasa da, mövqeləri göründüyü qədər fərqli deyil. Münaqişənin mərhələli şəkildə həllinə yönəlmiş intensiv pərdəarxası diplomatik işlər davam edir və bunun ilk hissəsi Hörmüz boğazından sərbəst keçidin bərpası, münaqişədən əvvəlki mövqelərə qayıtmaq ola bilər. İranın nüvə proqramı məsələsi daha sonra müzakirə mövzusu olacaq. Vasitəçilər hər iki tərəfə razılığa gəlmək üçün təzyiq göstərir. Növbəti bir neçə gün danışıqlar prosesi üçün həlledici ola bilər”, - mənbə bildirib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar