Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ABŞ Hörmüzü ələ keçirməyə hazırlaşır: Yeni əməliyyat...

Baxılıb: 7114     Tarix: 30-04-2026 10:12   

ABŞ İranla müharibəyə qayıtmağı düşünür.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Axios” mənbəyə istinadla məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığının komandanı Bred Kuper İrana qarşı hərbi əməliyyatların bərpası üçün yeni potensial ssenariləri təqdim etmək məqsədilə bu gün Tramp üçün xüsusi brifinq təyin edib. Görünür, Tramp danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmaq və ya münaqişənin son mərhələlərində həlledici zərbə endirmək üçün genişmiqyaslı döyüş əməliyyatlarını bərpa etməyi ciddi şəkildə nəzərdən keçirir. Ssenarilərdən biri kommersiya gəmiçiliyini bərpa etmək üçün Hörmüz boğazının bir hissəsinin ələ keçirilməsini əhatə edir. Belə bir əməliyyat quru qüvvələrini prosesə cəlb edə bilər”, - mənbə bildirib.

Qeyd edək ki, ötən gün İsrail və ABŞ qüvvələrinin artıq BƏƏ-də cəmləşdirildiyi barədə məlumat yayılmışdı.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar