Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xamenei: ABŞ-ın İranla bağlı planları iflasa uğrayıb

Baxılıb: 6520     Tarix: 30-04-2026 15:55   

“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb, bu məğlubiyyət Fars körfəzi regionunun tarixində yeni dövrün başlanğıcıdır”.

Qanunvehedef.az xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Müctəba Xameneinin teleqram kanalında dərc edilən xalqa yeni müraciətində deyilir.

Xamenei İranın Hörmüz boğazına nəzarəti öz əlində saxlamaq və ABŞ-nin iştirakı olmadan Fars körfəzində təhlükəsizliyi müstəqil şəkildə təmin etmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu planların həyata keçirilməsi “regionun bütün xalqlarına sakitlik və rifah” gətirəcək, iqtisadi faydalar isə “insanların qəlbini sevindirəcək”.

Bundan başqa, İranın yeni Ali Lideri ABŞ və İsrailə müraciət edərək regionun işlərinə qarışan yadellilərin yerinin “ən yaxşı halda bu suların dibində” olduğunu bildirib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar