Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“AZAL təyyarəsi ilə bağlı araşdırma davam etdirilir”

Baxılıb: 8313     Tarix: 01-05-2026 10:29   

Qazaxıstanın Nəqliyyat Nazirliyi 2024-cü ildə Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanı davam etdirir.

Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Nazirlik müvafiq prosedurlara riayət ediləcəyini, həmçinin araşdırmanın nəticələrinə əsasən nəticə və tövsiyələri əks etdirən hesabatın dərc ediləcəyini açıqlayıb:

“Hazırda “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli təyyarə ilə baş vermiş aviasiya hadisəsinin araşdırılması üzrə komissiya Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 13-cü əlavəsi ilə müəyyən edilmiş standartlar və tövsiyə olunan təcrübəyə uyğun olaraq öz işini davam etdirir. Araşdırma başa çatdıqdan sonra yekun hesabat Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin rəsmi saytında dərc olunacaq. Hesabatda aviasiya hadisəsinin müəyyən edilmiş səbəbləri, həmçinin komissiyanın nəticə və tövsiyələri öz əksini tapacaq”.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar