Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Baxılıb: 917     Tarix: 04-05-2026 09:14   

ABŞ Prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təklif etdiyi üç mərhələli sülh planını qəbul etməyib.

Qanunvehedef.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə mayın 3-də İsrailin “Kan News” telekanalına müsahibəsində bildirib.

Tramp rəsmi Tehranın razılığa gəlmək istədiyini təsdiqləsə də, irəli sürülən şərtlərin onun üçün qəbuledilməz olduğunu vurğulayıb:

“İranlılar sövdələşmə bağlamaq istəyirlər, lakin mən onların təklif etdiklərindən razı deyiləm. Elə şeylər var ki, onlarla razılaşa bilmərəm”.

Prezident həmçinin hazırda İrana qarşı tətbiq edilən dəniz blokadasından məmnunluğunu ifadə edərək, prosesin “çox yaxşı getdiyini” qeyd edib.

Eyni zamanda, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, ABŞ də Pakistan vasitəsilə Tehrana öz tənzimləmə təkliflərini göndərib. Lakin nazirin sözlərinə görə, Vaşinqtonun bu təşəbbüsü İranın nüvə proqramını əhatə etmir.

Xatırladaq ki, bundan öncə “Axios” portalının yaydığı məlumata görə, İranın təqdim etdiyi 14 bəndlik planda ABŞ-yə 30 gün ərzində hərbi əməliyyatların dayandırılması, blokadanın qaldırılması və Hörmüz boğazının açılması barədə razılığa gəlmək təklif olunurdu. Tehranın planına əsasən, əsas saziş imzalandıqdan sonra növbəti bir ay ərzində digər məsələlər üzrə danışıqlar davam etdirilməli idi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar