Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

9 May paradında Ukrayna dronları uça bilər - Zelenski təhdid etdi

Baxılıb: 7315     Tarix: 04-05-2026 15:19   

Mayın 9-da Moskvada keçirilməsi planlaşdırılan parada Ukrayna dronlarının uçub gəlmə təhlükəsi var.

Qanunvehedef.az UNİAN-a istinadən xəbər verir ki, bu iddia ilə Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda Avropa Siyasi Birliyinin VIII sammitinin açılışında çıxış edib.

Ukrayna lideri Rusiyanın artıq əvvəllər göründüyü qədər güclü olmadığını bəyan edib: “Rusiya mayın 9-na parad elan edib, lakin bu paradda hərbi texnika olmayacaq. Əgər həqiqətən belədirsə, bu, uzun illər ərzində ilk dəfə olacaq ki, onlar paradda silah-sursat nümayiş etdirə bilməyəcəklər. Həmçinin parada Ukrayna dronları da uçub gələ bilər. Bu göstərir ki, onlar artıq əvvəlki kimi güclü deyillər”.

Eyni zamanda, Ukrayna Prezidenti Rusiyaya qarşı sanksiyalarla təzyiqin davam etdirilməli olduğunu bildirib. Onun sözlərinə görə, sanksiyaların aradan qaldırılması ideyası qəbuledilməzdir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar