Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tramp Çinə gedir

Baxılıb: 8410     Tarix: 13-05-2026 09:28   

ABŞ Prezidenti Donald Tramp Çinə rəsmi səfərə yollanıb.

Qanunvehedef.az xəbər verir ki, bu, ABŞ Prezidentinin son 9 ildə Çinə ilk səfəri hesab olunur.

Səfər çərçivəsində Trampı Çin Sədri Si Cinpin rəsmi mərasimlə qarşılayacaq. Liderlərin Pekində bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Trampı səfərdə ölkənin iri biznes dairələrinin nümayəndələri də müşayiət edir. Nümayəndə heyətində “Tesla” rəhbəri İlon Mask, “Boeing” rəhbəri Kelli Ortberq və “BlackRock” CEO-su Larri Fink də yer alıb.

ABŞ Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də nümayəndə heyətinə daxildir.

Məlumata görə, tərəflər kənd təsərrüfatı məhsullarının idxalı, texnologiya, investisiya və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Tramp Ağ Evdən ayrılarkən jurnalistlərə açıqlamasında İran məsələsinin də gündəmdə ola biləcəyini bildirib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar