Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Hörmüz böhranına belə çarə tapdılar

Baxılıb: 8312     Tarix: 14-05-2026 09:14   

Hörmüz boğazında artan təhlükəsizlik böhranı və dəniz daşımalarının zəifləməsi Körfəz ölkələrini alternativ logistika marşrutlarına yönəldib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Wall Street Journal” material yayımlayıb.

Bildirilib ki, bölgədə əsas yük axını artıq quru yolları vasitəsilə həyata keçirilir.

Məlumata görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Oman ərazisində magistral yollar qlobal ticarət üçün əsas təchizat dəhlizlərindən birinə çevrilib.

“Maaden” şirkətinin baş direktoru Bob Vilt bildirib ki, Körfəz regionundan Qırmızı dənizə yük daşımalarında ciddi artım qeydə alınıb. Onun sözlərinə görə, bu marşrutda fəaliyyət göstərən yük maşınlarının sayı artıq 3500-ə çatıb.

Şirkətin yaxın 10 ildə 110 milyard dollarlıq investisiya cəlb edəcəyi gözlənilir. Bildirilir ki, “Maaden” ABŞ-nin “MP Materials” şirkəti və Pentaqonla nadir torpaq metalları sahəsində əməkdaşlıq edir.

Qeyd edilir ki, dəniz nəqliyyatındakı problemlər səbəbindən regionda yeni logistika infrastrukturu formalaşdırılır. Qırmızı dəniz limanlarında prefabrik anbarlar tikilib, təhlükəli kimyəvi maddələrin daşınması üçün xüsusi boru sistemləri və paslanmayan poladdan tanker bölmələri hazırlanıb.

Yanbu limanından fosfat məhsullarının Cibuti, Tayland və Argentinaya daşındığı bildirilir.

Qlobal logistika şirkətləri MSC və “Maersk” də Ərəbistan yarımadasında quru daşımalarından istifadəyə başlayıb.

Bununla yanaşı, “Spinneys” marketlər şəbəkəsinin Böyük Britaniyadan Dubaya ərzaq məhsullarını Avropa və Yaxın Şərq üzərindən 16 günə çatdırdığı bildirilib.

“Etihad Rail Freight” isə “Fujayra” limanından Əbu-Dabiyə yüzlərlə avtomobili qatarla daşıyaraq, ölkədə ilk genişmiqyaslı avtomobil daşınmasını həyata keçirib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar