Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

100 milyon dollarlıq təklifi bu halda qəbul edəcəklər

Baxılıb: 740     Tarix: 15-05-2026 09:23   

Kuba hökuməti ABŞ tərəfindən irəli sürülən 100 milyon dollarlıq humanitar yardım təklifini nəzərdən keçirdiyini açıqlayıb.

Qanunvehedef.az “Reuters”ə istinadən xəbər verir ki, lakin Havana administrasiyası Vaşinqtonun niyyətlərinə və davam edən iqtisadi sanksiyalara görə ehtiyatlı mövqe sərgiləyir.

Kubanın xarici işlər naziri Bruno Rodriges bildirib ki, ölkəsi yardımı qəbul etməyə açıqdır, amma bunun heç bir siyasi şərtlə müşayiət olunmaması vacibdir.

“Ümid edirik ki, bu yardım siyasi manipulyasiya vasitəsinə çevrilməyəcək və Kuba xalqının çətin vəziyyətindən istifadə edilməyəcək”, - o qeyd edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti ötən həftə Kubaya 100 milyon dollarlıq yardım və “sürətli peyk interneti” təklif etdiyini açıqlamışdı. Vaşinqton bu yardımın “əhəmiyyətli islahatlar” müqabilində veriləcəyini bildirmişdi.

Kubada isə son aylarda iqtisadi vəziyyət daha da ağırlaşıb. ABŞ Prezidenti Donald Trampın yanvar ayında Kubaya yanacaq daşıyan ölkələrə qarşı tarif təhdidindən sonra Meksika və Venesuela kimi əsas tərəfdaşların neft ixracını azaltdığı bildirilir. Bu isə ölkədə ciddi yanacaq və elektrik böhranına səbəb olub.

Son günlər ölkənin enerji şəbəkəsində qismən çökmə baş verib, xüsusilə şərq bölgələrində uzunmüddətli elektrik kəsintiləri yaşanıb.

Birləşmiş Millətlər Təşkilatı isə ABŞ-nin tətbiq etdiyi yanacaq blokadasını tənqid edərək, bunun Kuba xalqının inkişaf, səhiyyə və qida təhlükəsizliyi hüquqlarına mənfi təsir göstərdiyini bəyan edib.

Kuba Prezidenti Migel Dias-Kanel bildirib ki, humanitar yardım beynəlxalq qaydalara uyğun şəkildə təqdim olunarsa, ölkəsi bunu qəbul edə bilər. Bununla yanaşı, o, Vaşinqtonun sanksiyaları aradan qaldırmasının Kubaya daha böyük dəstək olacağını vurğulayıb.

Prezidentin sözlərinə görə, mümkün yardım, əsasən, yanacaq, ərzaq və dərman təminatına yönəldiləcək.

Məlumata görə, ABŞ və Kuba arasında aparılan danışıqlar son həftələrdə çətin mərhələyə daxil olub. Bununla belə, Kuba tərəfi Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Con Retklifflə görüş keçirildiyini təsdiqləyib.

Retkliffin görüş zamanı Kubada “fundamental dəyişikliklər” olacağı təqdirdə ABŞ-nin iqtisadi təhlükəsizlik məsələlərində əməkdaşlığa hazır olduğunu bildirdiyi qeyd olunur.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar