Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Kubadan ABŞ-yə sərt xəbərdarlıq

Baxılıb: 838     Tarix: 19-05-2026 10:12   

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-nin ölkəsinə qarşı mümkün hərbi müdaxilə təhdidlərinə sərt reaksiya verib. O, belə addımın regionda ciddi sabitlik pozuntusuna və “gözlənilməz qan gölünə” səbəb ola biləcəyini deyib.

Qanunvehedef.az xəbər verir ki, Kuba lideri sosial media hesabındakı paylaşımında ABŞ-nin təhdidlərini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Dias-Kanel Vaşinqtonu “planetin ən böyük gücü” adlandıraraq qeyd edib ki, ABŞ-nin Kubaya qarşı mümkün hərbi müdaxiləsi regional sülh və təhlükəsizlik üçün ciddi risk yaradır.

“Kubaya qarşı təhdidin özü belə beynəlxalq cinayət sayılır. Bu təhdidin həyata keçirilməsi regional sabitlik üçün dağıdıcı nəticələr doğura və gözlənilməz qan gölünə səbəb ola bilər”, – deyə o bildirib.

Kuba Prezidenti əlavə edib ki, ölkəsi heç bir dövlət üçün təhlükə yaratmır və ABŞ-yə qarşı aqressiv siyasət yürütmür. Onun sözlərinə görə, bunu Vaşinqton administrasiyası da yaxşı bilir.

Dias-Kanel həmçinin Kubanın uzun illərdir ABŞ-nin “çoxşaxəli təzyiqləri və təcavüzkar siyasəti” ilə üzləşdiyini qeyd edib. O vurğulayıb ki, ölkəsinin mümkün hücum qarşısında özünü müdafiə etməsi beynəlxalq hüquqa uyğun qanuni haqdır.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar