Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Vergi yoxlamalarından ömürlük toxunulmazlıq aldı

Baxılıb: 7412     Tarix: 20-05-2026 10:24   


ABŞ Prezidenti Donald Tramp federal hökumətlə ona və onun biznesinə, eləcə də ailə üzvlərinə qarşı bütün vergi hesabatı yoxlamalarına xitam verən müqavilə bağlayıb.

Qanunvehedef.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, sənədi ölkənin baş prokuror əvəzi Todd Blanş imzalayıb.

Məlumata görə, müddətsiz olan bu müqavilə mayın 18-i qəbul edilmiş başqa bir sənədə əlavədir. Belə ki, həmin sənəd hakimiyyət orqanları tərəfindən qəsdən vergi təqibinə məruz qalmış insanlara kompensasiya ödənilməsi üçün 1,8 milyard dollar həcmində fondun yaradılmasını ehtiva edir. Eyni zamanda, Tramp podratçı tərəfindən vergi bəyannamələrinin sızdırılması ilə bağlı ABŞ Vergi Xidmətinə qarşı iddiasını geri götürüb və digər araşdırmalarla bağlı inzibati şikayətlərinə xitam verib.

Yoxlamaların dayandırılmasının prezidentə və onun ailəsinə ciddi maliyyə üstünlükləri qazandıracağı bildirilir.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar