Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Xamenei bu məqsədlə kuryer şəbəkəsindən istifadə edir”

Baxılıb: 8214     Tarix: 25-05-2026 11:34   

İranın Ali Lideri Müctəba Xamenei naməlum təhlükəsiz yerdə gizlənib və demək olar ki, birbaşa əlaqəyə çıxmır.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “CBS News” nəşri ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, mesajların ötürülməsi üçün Xamenei geniş kuryer şəbəkəsindən istifadə edir. Qərarların daha ləng qəbul edilməsi və ABŞ-nin təkliflərinə cavabların gecikməsi məhz bununla əlaqələndirilir.

Mənbələrin sözlərinə görə, İran rəhbərliyinin bir hissəsinin endirilən zərbələr nəticəsində öldürülməsindən sonra məmurların bir çoxu bunkerlərdə gizlənib və hətta bir-biriləri ilə əlaqələri məhdudlaşdırıblar. Xameneinin isə hətta yüksəkvəzifəli hakimiyyət nümayəndələri ilə birbaşa əlaqə saxlamadığı, məlumat mübadiləsini bir neçə vasitəçi vasitəsilə apardığı iddia olunur.

ABŞ tərəfi Vaşinqtondan gələn mesajların məhz bu səbəbdən Ali Liderə böyük gecikmə ilə çatdığını, onun cavablarının isə dərhal geri qayıtmadığını hesab edir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar