Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Hörmüzdən keçid üçün rüsum alınmayacaq”

Baxılıb: 835     Tarix: 26-05-2026 09:25   

“Hörmüz boğazından keçid üçün rüsum alınmayacaq”.

Qanunvehedef.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Hörmüz boğazı ilə bağlı mümkün razılaşma barədə danışarkən deyib.

O, Hörmüz boğazının idarə olunmasının sahilyanı dövlətlərə məxsus olduğunu və keçid üçün heç bir rüsum olmayacağını bildirib.

Sözçü boğazın idarə olunmasının sahilyanı dövlətlərə məxsus olduğunu söyləyib və keçid üçün rüsumların alınacağı iddialarını rədd edib. Göstərilən xidmətlərin müəyyən xərclərə səbəb ola biləcəyini etiraf edən sözçü bunun “tranzit haqqı” hesab edilməməli olduğunu dilə gətirib.

Bəqayi həmçinin Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasının mümkün razılaşmanın bir hissəsi olacağını əlavə edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}