Rus PUA-sı Rumıniyada binaya düşdü: NATO məlumatlandırıldı...
Baxılıb: 7411 Tarix: 29-05-2026 10:23

Rumıniya Qalaç şəhərində yaranmış vəziyyətlə bağlı NATO müttəfiqlərini və alyansın baş katibini məlumatlandırıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi Buxarest PUA-lara qarşı mübarizə vasitələrinin Rumıniyaya ötürülməsi prosesinin sürətləndirilməsi üçün NATO-dan əlavə tədbirlər görülməsini xahiş edib.
Nazirlik bildirib ki, məsələ ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr davam etdirilir.
Qeyd olunub ki, Rusiya Federasiyası bu ciddi və məsuliyyətsiz hərəkətlərə görə birbaşa öhdəlik daşıyır.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər




















