Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İranda daha iki nəfər edam edildi

Baxılıb: 8514     Tarix: 02-06-2026 09:31   

İranda son etiraz aksiyaları zamanı zorakılıq hadisələrində iştirak etməkdə və “terror aktları” törətməkdə təqsirli bilinən iki nəfər barəsində çıxarılan ölüm hökmü icra olunub.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Mizan News Agency” məlumat yayıb.

Bildirilib ki, Mehrdad Mohammadiya və Aşkan Maleki barədə çıxarılmış edam qərarı yerinə yetirilib.

Hər iki şəxs Tehran əyalətində keçirilən etiraz aksiyaları zamanı zorakılıq hadisələrinə rəhbərlik etməkdə, ictimai əmlaka ziyan vurmaqda və bir məscidin yandırılmasında iştirak etməkdə ittiham olunurdu.

İran hakimiyyəti sözügedən əməlləri “terror aktları” kimi qiymətləndirib. Məhkəmə prosesinin yekununda təqsirləndirilən şəxslər barəsində ölüm hökmü çıxarılıb və qərar daha sonra icra olunub.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar