Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Polkovnik - Ukrayna ordusu Belarusa hücum edə bilər

Baxılıb: 832     Tarix: 21-06-2026 10:08   

Əgər Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynaya hücumlar üçün istifadə olunan Rusiya retranslyatorlarının öz ölkəsinin ərazisindən çıxarılması məsələsini həll etməsə, Ukrayna Müdafiə Qüvvələri onları məhv etməyə məcbur olacaq.

Qanunvehedef.az xəbər verir ki, bunu ehtiyatda olan Ukrayna Silahlı Qüvvələri polkovniki, hərbi ekspert Roman Svitan Vladimir Zelenskinin Belarus-Ukrayna sərhədindəki silahlanma ilə bağlı Lukaşenkoya ünvanladığı ultimatumu şərh edərkən bildirib.

“Burada söhbət Belarus ərazisində yerləşən retranslyatorlardan gedir. Rusiya operatorları Ukrayna ərazisinə daxil olan dronları məhz onların vasitəsilə idarə edirlər. Bu sistemlər sayəsində dronları operativ şəkildə 150–200 kilometr dərinliyə qədər yönləndirmək mümkündür”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, məhz buna görə Volın, Rivne, Jitomir, Kiyev və Çerniqov vilayətləri bu hücumlara məruz qalır, baxmayaraq ki, dronların böyük hissəsi Ukrayna tərəfindən vurulur.

Svitan hesab edir ki, Lukaşenko bu retranslyatorların mövcudluğundan çox güman ki, xəbərdardır, lakin əvvəlki hallarda olduğu kimi, bundan xəbərsiz olduğunu göstərməyə çalışa bilər. O xatırladıb ki, Lukaşenko vaxtilə Rusiyanın Belarus ərazisi vasitəsilə Ukraynaya hücum edəcəyindən xəbərsiz olduğunu da bildirmişdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar