Xəbər lenti
26/10/2026 [12:58]
Sabah 21° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Sibiqa: Artıq bitdi, Polşaya cavab verəcəyik

Baxılıb: 8112     Tarix: 21-06-2026 17:15   

Ukrayna hakimiyyəti Polşanın hərəkətlərinə güzgü effekti ilə cavab verəcək.

Qanunvehedef.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.

“Bütün addımlara, xüsusən də bu addımlar ölkəmizə qarşı düşmənçilik və ya nifrət dolu olarsa, eyni şəkildə cavab verəcəyik. Onları görməzdən gəlməyin vaxtı artıq bitdi.

Navrotski son zamanlar qazandığımız müsbət nailiyyətlərin dağıdıcısı kimi çıxış etdi. Moskvadan alqışlar alması təəccüblü deyil.

Biz polyakları ehtiyatlı olmağa və diplomatiyaya çağırırıq. Hər gün polyak dostlarımızla diplomatik yolu necə qorumaq barədə ünsiyyət qururuq. Bizi ortaq çətinliklər, maraqlar və ortaq Avropa gələcəyi birləşdirir. Münasibətlərimizi keçmişin yükündən qurtarmalıyıq”, - Sibiqa bildirib.

Qeyd edək ki, Polşa Prezidenti Karol Navrotski Ukrayna Silahlı Qüvvələrinin bölməsinə Ukrayna Üsyançı Ordusunun (UPA) adını vermək qərarına görə Prezident Vladimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etmişdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar