Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ABŞ İrana güzəşt etdi

Baxılıb: 8612     Tarix: 24-06-2026 10:00   

ABŞ Daxili Təhlükəsizlik Departamenti İran milli futbol komandasının 2026-cı il Dünya Çempionatında növbəti oyunu öncəsi ölkəyə daha tez daxil olmasına icazə verəcəyini açıqlayıb.

Qanunvehedef.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, İran yığması iyunun 26-da Sietldə Misirə qarşı keçirəcəyi son qrup oyunu öncəsi əvvəlki planla müqayisədə ABŞ-yə bir gün tez gələcək. Komandanın cümə günü Sietlə səfərinə icazə veriləcəyi bildirilib.

İran millisinin qarşılaşmadan sonra əvvəlki qaydaya uyğun olaraq Meksikanın Tixuana şəhərində yerləşən baza düşərgəsinə qayıdacağı qeyd olunub.

Qərar İran Futbol Federasiyasının turnir ərzində komandaya göstərilən münasibətlə bağlı FIFA-ya rəsmi şikayət hazırladığını açıqlamasından sonra verilib.

Ağ Evin FIFA üzrə işçi qrupunun rəhbəri Endryu Culiani də son günlər məsələ ilə bağlı məhdudiyyətlərin yumşaldılması istiqamətində müzakirələrin aparıldığını təsdiqləmişdi.

Xatırladaq ki, ABŞ administrasiyası Vaşinqton və Tehran arasında aparılan danışıqlarla bağlı qeyri-müəyyənlik səbəbindən əvvəlcə İran millisinin Arizona ştatında baza düşərgəsi yaratmasına icazə verməmişdi. Nəticədə komanda hazırlığını ABŞ sərhədinə yaxın Meksikanın Tixuana şəhərində keçirmək məcburiyyətində qalmışdı.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar