Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Almaniyada pensiya yaşı 70-ə qaldırılır

Baxılıb: 935     Tarix: 25-06-2026 10:10   

Almaniya hökuməti yaşlanan əhali və pensiya sisteminə artan təzyiqlər fonunda genişmiqyaslı islahatlara hazırlaşır.

Qanunvehedef.az xəbər verir ki, Kansler Fridrix Merts Bundestaqda çıxışı zamanı pensiya sistemində dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin ilin sonunadək Federal Parlamentdən keçirilməsinin hədəfləndiyini açıqlayıb.

O bildirib ki, proses plan üzrə gedərsə, islahat paketi payız aylarında parlament müzakirələrinə çıxarılacaq və ilin sonuna qədər qəbul oluna bilər.

Hökumətin yaratdığı ekspert komissiyası Almaniyada pensiya sisteminin uzunmüddətli dayanıqlığını təmin etmək üçün bir sıra təkliflər irəli sürüb. Təkliflər arasında İsveç modelinə əsaslanan dövlət dəstəkli pensiya fondunun yaradılması və pensiya yaşının orta ömür uzunluğuna uyğun şəkildə mərhələli artırılması da yer alır.

Komissiyanın hesabatına əsasən, 2032-ci ildən etibarən pensiya yaşı hər on ildən bir təxminən altı ay artırılacaq. Bu mexanizm nəticəsində pensiya yaşının 2092-ci ildən tez olmayaraq 70 yaşa çatacağı proqnozlaşdırılır.

Kansler qeyd edib ki, İkinci Dünya müharibəsindən sonrakı “baby boomer” nəslinin kütləvi şəkildə pensiyaya çıxması sistemə ciddi maliyyə yükü yaradır: “Biz artıq gecikmişik. Bu addımları illər əvvəl atmalı idik”.

İslahat paketinə həmçinin məcburi pensiya yığım sisteminin gücləndirilməsi və kapital bazarına əsaslanan yeni investisiya mexanizmlərinin tətbiqi daxildir.

Qeyd edək ki, Almaniya dünyanın ilk dövlət dəstəkli pensiya sistemini 1889-cu ildə kansler Otto von Bismark dövründə yaradıb. Həmin vaxt pensiya yaşı 70 olaraq müəyyən edilmişdi.

Rəsmi statistikaya görə, hazırda Almaniya əhalisinin təxminən 23 faizi, yəni 19 milyona yaxın insanın yaşı 65-dən yuxarıdır. Bu göstərici 1991-ci ildə 15 faiz təşkil edirdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar