Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Venesueladakı zəlzələdə 32 nəfər öldü

Baxılıb: 9116     Tarix: 25-06-2026 10:34   

Venesuelada baş verən güclü zəlzələlər nəticəsində azı 32 nəfər həlak olub, 700-dən çox şəxs isə yaralanıb.

Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Venesuela prezidentinin vəzifələrini icra edən Delsi Rodriges bildirib.

Onun sözlərinə görə, ən çox zərər çəkmiş bölgə La-Quayra ştatı olub:

“La-Quayrada onlarla bina uçub və hazırda biz mümkün qədər çox insanın həyatını xilas etmək üçün çox gərgin xilasetmə işləri aparırıq”.

Xatırladaq ki, Venesuelada bir-birinin ardınca baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ ölkədə geniş dağıntılara səbəb olub. Hadisədən sonra hökumət fövqəladə vəziyyət elan edib, paytaxt Karakas və ətraf bölgələrdə xilasetmə əməliyyatlarına başlanılıb.



Qanunvehedef.az




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar