Xəbər lenti
26/10/2026 [12:58]
Sabah 21° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rekord istilər meyitxanalarda yer qoymadı

Baxılıb: 9412     Tarix: 01-07-2026 10:42   

Fransanı bürüyən rekord istilər ölüm hallarını kəskin artırıb. Nəticədə paytaxt Paris yaxınlığındakı dəfn evləri və meyitxanalar tam dolub, bəzi müəssisələr isə yeni cəsədləri qəbul edə bilmədiklərini bildirirlər.

Qanunvehedef.az xəbər verir ki, Parisin Orli əyalətində yerləşən dəfn müəssisəsinin sahibi Züheyr Hertelli bildirib ki, morqdakı 32 nəfərlik yerin hamısı dolub.

O, təkcə həftəsonu ərzində 150 müraciəti geri çevirmək məcburiyyətində qaldığını deyib:

“Tamamilə yüklənmiş durumdayıq. Ailələr, qocalar evləri, polis və bələdiyyələr bizə zəng edir. İnsanlar çıxılmaz vəziyyətdədir”.

Ölkənin İctimai Səhiyyə Agentliyinin məlumatına əsasən, ötən çərşənbədən bazar gününədək ölkədə təxminən 1000 əlavə ölüm qeydə alınıb.

Rəsmilər bu rəqəmin hələ yekun olmadığını və artacağını istisna etmirlər. Ölənlərin əksəriyyətini yaşlılar təşkil edir.

Meteoroloqlar havanın nisbətən sərinləşməsinə baxmayaraq, həftəsonundan etibarən Fransada yenidən temperaturun yüksələcəyini proqnozlaşdırırlar.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar