Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Fransa yeni prezidentini bu tarixlərdə seçəcək

Baxılıb: 9213     Tarix: 01-07-2026 11:09   

Fransada növbəti prezident seçkiləri 2027-ci il 18 aprel və 2 may tarixlərinə (birinci və ikinci turlar - red.) planlaşdırılıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, seçkilərin tarixləri ilə bağlı rəsmi qərar Nazirlər Şurasının iyulun 1-də keçiriləcək iclasında qəbul edilməlidir.

Seçkilər hazırkı dövlət başçısı Emmanuel Makronun sonuncu, ikinci prezidentlik müddətinin mayın 14-də başa çatmasından 12 gün əvvəl yekunlaşacaq.

Nəşrin məlumatına görə, hökumət seçkilərin keçirilmə tarixləri üçün iki variant nəzərdən keçirib. Belə ki, səsverməni aprelin 11-i və 25-inə təyin etmək və ya tarixləri bir həftə irəli çəkmək təklif olunub. Nəticədə ikinci varianta üstünlük verilib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar