Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Kiyevdə yenə matəm elan edildi

Baxılıb: 8411     Tarix: 06-07-2026 11:47   

Rusiyanın iyulun 6-na keçən gecə Ukraynanın paytaxtı Kiyevdə həyata keçirdiyi kütləvi hava hücumunda həlak olanların xatirəsinə iyulun 7-si matəm günü elan olunub.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, həmin gün şəhərin bütün kommunal binalarında bayraqlar endiriləcək. Həmçinin dövlət və özəl mülkiyyətdə olan binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunub.

Məlumata görə, iyulun 6-na keçən gecə Rusiya qüvvələri Ukraynaya qarşı kütləvi hücum həyata keçirib. Hücum zamanı 68 raket və müxtəlif tipli 351 pilotsuz uçuş aparatı buraxılıb. Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, 34 nöqtədə 29 ballistik (o cümlədən gəmi əleyhinə) raketin və 18 zərbə PUA-sının hədəfə çatdığı, həmçinin vurulmuş PUA-ların qalıqlarının 16 nöqtəyə düşdüyü qeydə alınıb.

Xatırladaq ki, Rusiyanın zərbələri nəticəsində mülki şəxslərin ölümünə görə 3 iyulda da Kiyevdə matəm elan edilmişdi.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar