Xəbər lenti
26/10/2026 [12:58]
Sabah 21° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ABŞ İranda 80-dən çox hədəfə zərbə endirdi

Baxılıb: 10112     Tarix: 08-07-2026 09:14   

ABŞ ordu qüvvələri Hörmüz boğazında 3 tankerə hücuma cavab olaraq, İrana ardıcıl zərbələr endirməyə başlayıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

***

ABŞ Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə İrana qarşı yeni silsilə hava zərbələri endirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Əməliyyat İranın iyulun 7-də Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücumuna cavab olaraq həyata keçirilib.

Məlumata görə, ABŞ qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə etməklə İran ərazisində 80-dən çox hədəfi vurub.

Zərbələr İranın hava hücumundan müdafiə sistemlərinə, komanda-idarəetmə şəbəkələrinə, sahil radar stansiyalarına, gəmi əleyhinə raket komplekslərinə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 600-dən çox sürətli katerinə endirilib.

CENTCOM bildirib ki, əməliyyatın məqsədi İranın beynəlxalq dəniz ticarətinə qarşı hücumlar həyata keçirmək imkanlarını zəiflətməkdir.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar