Xəbər lenti
26/10/2026 [12:58]
Sabah 21° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Dünyanın yaşamaq üçün ən rahat şəhərləri...

Baxılıb: 9827     Tarix: 08-07-2026 10:10   

Böyük Britaniyanın "Economist Intelligence Unit" (EIU) analitik mərkəzi dünyanın yaşamaq üçün ən rahat şəhərlərinin illik reytinqini təqdim edib. Siyahıya ikinci il ardıcıl olaraq Danimarkanın paytaxtı Kopenhagen başçılıq edib.

Qanunvehedef.az Oxu.az-a sitinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Reytinq şəhərlərdə səhiyyə, təhsil, mədəniyyət, ətraf mühit və infrastruktur göstəriciləri əsasında tərtib edilir. Analitiklər, həmçinin insanların həmin şəhərlərdə qarşılaşa biləcəyi çətinlikləri də qiymətləndirirlər.

Kopenhagen sabitlik, inkişaf etmiş infrastruktur və dövlət xidmətlərinin yüksək keyfiyyəti sayəsində birinci yeri tutub. Keçən il olduğu kimi, ikinci yerdə Vyana (Avstriya) qərarlaşıb. 2025-ci ildə Vyana bu pilləni Sürixlə (İsveçrə) bölüşsə də, 2026-cı ildə Sürix üç pillə geriləyib.

İlk onluğa, həmçinin Melburn, Sidney (hər ikisi Avstraliya), Cenevrə (İsveçrə), Osaka (Yaponiya), Adelaida (Avstraliya), Vankuver (Kanada) və Tokio (Yaponiya) daxil olub.

EIU bildirib ki, dünyada həyat keyfiyyətinin orta göstəricisi ötən illə müqayisədə dəyişməyib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar