Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İran ABŞ bazalarını vurdu - Körfəzdə gərginlik artır

Baxılıb: 958     Tarix: 09-07-2026 09:27   


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb.

Qanunvehedef.az xəbər verir ki, açıqlamadan qısa müddət sonra Bəhreyndə hava həyəcanı siqnalları səsləndirilib, əhaliyə təhlükəsiz ərazilərə sığınmaq çağırışı edilib.

SEPAH-ın açıqlamasına görə, əməliyyatda dəniz və aerokosmik qüvvələr iştirak edib. Bildirilir ki, zərbələrin hədəfi Küveytdəki “Arifcan” və “Əli əl-Salem” hərbi bazaları, həmçinin Bəhreyndə yerləşən “Cuffair” və “Şeyx İsa” bazaları olub. İran tərəfi bazalardakı əsas hərbi infrastrukturun vurulduğunu deyir.

Məlumatda ABŞ-nin İrana qarşı mümkün yeni hücumlarının regiondakı Amerika hərbi obyektlərinə qarşı əlavə cavab tədbirləri ilə nəticələnəcəyi barədə də xəbərdarlıq edilib.

Hadisələrin fonunda Bəhreyn Daxili İşlər Nazirliyi ölkə ərazisində sirenlərin işə salındığını açıqlayıb. Nazirlik əhalini sakit olmağa, ən yaxın təhlükəsiz əraziyə keçməyə və yalnız rəsmi mənbələrdən yayılan məlumatları izləməyə çağırıb.

Küveyt ordusu isə hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün fəaliyyət göstərdiyini bildirib.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar