Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ABŞ İranın 90 hərbi obyektinə zərbə endirib

Baxılıb: 945     Tarix: 09-07-2026 09:41   

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlarından sonra ölkənin sahil xətti boyunca yerləşən təxminən 90 hərbi obyektə zərbələr endirildiyini açıqlayıb.

Qanunvehedef.az xəbər verir ki, CENTCOM-un açıqlamasına görə, əməliyyatın məqsədi İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyi hədəfə almaq imkanlarını zəiflətmək olub.

Məlumata əsasən, zərbələr hava hücumundan müdafiə sistemlərini, sahil müşahidə vasitələrini, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələri, dəniz hərbi imkanlarını və logistika infrastrukturunu hədəf alıb.

Komandanlıq bildirib ki, son əməliyyat əvvəlki gecə həyata keçirilən hücumların davamı olub və İranın Hörmüz boğazında üç kommersiya gəmisinə hücumundan sonra icra edilib.

CENTCOM həmçinin qeyd edib ki, iyulun 7-də həyata keçirilən əvvəlki əməliyyat zamanı İranın təxminən 80 hərbi hədəfi, o cümlədən, İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus 60-dan çox sürətli qayıq məhv edilib.

ABŞ hərbi komandanlığı İranın kommersiya gəmilərinə hücum etməklə atəşkəsi pozduğunu bildirib və bu səbəbdən Tehrana qarşı “ağır bədəl” tətbiq olunduğunu vurğulayıb.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar